Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ HAKİMLƏRİNƏ, ƏDLİYYƏ ORQANLARININ ƏMƏKDAŞLARINA VƏ MƏHKƏMƏ-HÜQUQ ŞURASININ ÜZVLƏRİNƏ “AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏKDAR HÜQUQŞÜNASI” FƏXRİ ADININ VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Məhkəmə və ədliyyə orqanlarında uzun müddət işlədiklərinə, məhkəmə-hüquq islahatlarının, ədalət mühakiməsinin həyata keçirilməsi üzrə səmərəli fəaliyyətlərinə və Məhkəmə-Hüquq Şurasının işinə əhəmiyyətli töhfələrinə görə aşağıdakı şəxslərə “Azərbaycan Respublikasının əməkdar hüquqşünası” fəxri adı verilsin:

Cəfərov Azər Məmməd oğlu -Azərbaycan Respublikası Ədliyyə

NazirliyininTəşkilat-nəzarət baş idarəsinin rəisi, Məhkəmə-Hüquq Şurasının üzvü

Hidayev Şahmurad Əzizağa oğlu -Azərbaycan Respublikası Ali

Məhkəməsinin hakimi

Məmmədov Fikrət Fərrux oğlu - Azərbaycan Respublikasının

ədliyyə naziri, Məhkəmə-

Hüquq Şurasının sədri

Məmmədov Qail Fazil oğlu - Bakı Apellyasiya Məhkəməsinin

hakimi

Məmmədova Şəlalə Ağakərim qızı - Azərbaycan Respublikası Ali

Məhkəməsinin Mülki İşlər üzrə

Məhkəmə Kollegiyasının

sədri, Məhkəmə-Hüquq Şurasının

üzvü

Rzayev Ramiz Yaqub oğlu - Azərbaycan Respublikası Ali

Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 noyabr 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin