Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASININ İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİLİ (OMBUDSMAN) HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNUNA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 3, maddə 115; 2004-cü il, № 9, maddə 665) aşağıdakı əlavələr və dəyişiklik edilsin:

1. 17-ci maddənin adında “aparatı” sözündən sonra “və regional mərkəzləri” sözləri əlavə edilsin.

2. 17.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Yerlərdə Müvəkkilin regional mərkəzləri yaradıla bilər.”.

3. 17.3-cü maddədə “Aparat” sözündən sonra “və regional mərkəzlər” sözləri, “aparatı” sözündən sonra “və regional mərkəzləri” sözləri əlavə edilsin.

4. 17.4-cü maddədə, 18-ci maddənin adında, 18.1-ci və 18.2-ci maddələrdə “aparatının” sözündən sonra “və regional mərkəzlərinin” sözləri əlavə edilsin.

5. 19.1-ci maddədə “və onun aparatının” sözləri “, onun aparatının və regional mərkəzlərinin” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 mart 2006-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin