RƏSMİ SƏNƏDLƏR


AZƏRBAYCAN RESPUBLİKASININ MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİNİN VƏ AZƏRBAYCAN RESPUBLİKASININ GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİNİN YARADILMASI İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINDA VƏ SƏRƏNCAMLARINDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Azərbaycan Respublikasının bəzi nazirliklərinin yenidən təşkil edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 yanvar tarixli 359 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin aşağıdakı fərman və sərəncamlarında dəyişikliklər edilsin:

1.1. «Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 26 avqust tarixli 485 nömrəli Fərmanının 1-ci bəndində «Əbülfəz Qarayev - Azərbaycan Respublikasının gənclər, idman və turizm naziri» sözləri «Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri» sözləri ilə əvəz edilsin.

1.2. «Əlillərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 5 iyun tarixli 595 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 357; 2001-ci il, № 7, maddə 459) 2-ci bəndinin üçüncü abzasında «Mədəniyyət Nazirliyi, Gənclər, İdman və Turizm» sözləri «Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman» sözləri ilə əvəz edilsin.

1.3. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları»nın 2 nömrəli əlavəsinin «İxrac» bölməsinin 3-cü sütununda «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin.

1.4. «Mədəniyyət haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 698 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 4, maddə 244; 2002-ci il, № 1, maddə 14; 2005-ci il, № 7, maddə 596) 2-ci bəndinin dördüncü, beşinci, yeddinci və doqquzuncu abzaslarında və 4-cü bəndində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin.

1.5. «Tarix və mədəniyyət abidələrinin qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 6, maddə 386; 2002-ci il, № 1, maddə 14) 2-ci bəndinin üçüncü, dördüncü, yeddinci, səkkizinci və doqquzuncu abzaslarında «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə, beşinci abzasında «Mədəniyyət Nazirliyi,» sözləri «Mədəniyyət və Turizm Nazirliyi» sözləri ilə, altıncı abzasında «Mədəniyyət Nazirliyi, həyata keçirirlər» sözləri «Mədəniyyət və Turizm Nazirliyi həyata keçirir» sözləri ilə, onuncu abzasında «Mədəniyyət Nazirliyi» sözləri «Mədəniyyət və Turizm Nazirliyinin» sözləri ilə əvəz edilsin.

1.6. «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 749 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 8, maddə 499; 2002-ci il, № 1, maddə 14; 2003-cü il, № 10, maddə 571) 2-ci bəndinin dördüncü abzasında «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin.

1.7. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 11, maddə 666; 2001-ci il, № 7, maddə 456; 2003-cü il, № 10, maddələr 546, 571; 2004-cü il, № 8, maddə 617, № 12, maddə 1005) 2-ci bəndinin on yeddinci abzasında «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə əvəz edilsin.

1.8. «Bədən tərbiyəsi və idman haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 dekabr tarixli 47 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 12, maddə 761; 2001-ci il, № 7, maddə 459; 2005-ci il, № 7, maddə 596) 2-ci bəndinin üçüncü, dördüncü, beşinci və yeddinci abzaslarında, 4-cü və 5-ci bəndlərində «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə əvəz edilsin.

1.9. «Kitabxana işi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 115 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 3, maddə 167; 2002-ci il, № 8, maddə 482) 2-ci bəndinin dördüncü abzasında «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin.

1.10. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 6, maddə 345, № 9, maddə 542; 2001-ci il, № 7, maddə 456, № 9, maddə 593, № 10, maddə 640; 2002-ci il, № 7, maddə 412, № 8, maddə 480; 2003-cü il, № 6, maddə 290, № 10, maddə 585; 2004-cü il, № 1, maddə 19, № 7, maddə 537; 2005-ci il, № 2, maddə 69, № 7, maddə 597; 2006-cı il, № 2, maddə 84) 1 nömrəli əlavəsinin birinci bəndinin birinci abzasında «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə və «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə əvəz edilsin.

1.11. «Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 17 iyun tarixli 139 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 6, maddə 346; 2001-ci il, №7, maddə 459; 2002-ci il, № 5, maddə 259; 2003-cü il, № 10, maddə 546; 2004-cü il, № 7, maddə 533; 2006-cı il, № 7, maddə 588) 1-ci bəndində «Əbülfəz Qarayev - Azərbaycan Respublikasının gənclər, idman və turizm naziri» sözləri «Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri» sözləri ilə əvəz edilsin.

1.12. «Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 188 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 498; 2002-ci il, № 8, maddə 487) 2-ci bəndinin ikinci abzasında «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə əvəz edilsin.

1.13. «Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin ləğv edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 3 fevral tarixli 270 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 2, maddə 85) 2-ci və 3-cü bəndlərində ismin müvafiq hallarında «Mədəniyyət Nazirliyi» sözləri ismin müvafiq hallarında «Mədəniyyət və Turizm Nazirliyi» sözləri ilə əvəz edilsin.

1.14. «Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 6, maddələr 428, 431, № 8, III kitab, maddə 614; 2001-ci il, № 7, maddə 459) 2-ci bəndində «Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Gənclər, İdman və Turizm» sözləri «Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Gənclər və İdman» sözləri ilə, 19-cu bəndinin on birinci abzasında «Gənclər, İdman və Turizm Nazirliyi, Mədəniyyət» sözləri «Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin.

1.15. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 371 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram»ın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 511; 2003-cü il, № 10, maddə 546; 2004-cü il, № 1, maddə 19) 2.2-ci və 2.19-cu bəndlərində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin.

1.16. «Turizm haqqında» Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 376 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 516; 2001-ci il, № 7, maddə 459) üçüncü abzasında «Gənclər, İdman və Turizm» sözləri «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin.

1.17. «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, III kitab, maddə 612; 2001-ci il, № 7, maddə 462, № 10, maddə 640, № 12, maddə 755; 2002-ci il, № 1, maddə 49, № 5, maddələr 260, 275, № 8, maddələr 478, 484, 486; 2003-cü il, № 6, maddə 299, № 8, maddə 434, № 9, maddə 478, № 10, maddələr 546, 547, 560, 571, 582; 2004-cü il, № 1, maddələr 19, 26, № 2, maddə 68, № 3, maddələr 138, 141, № 4, maddə 235, № 5, maddələr 340, 341, 343, 345, 346, № 8, maddələr 607, 608, № 11, maddə 909, № 12, maddə 1005; 2005-ci il, № 2, maddələr 67, 69, № 4, maddələr 299, 303, № 8, maddə 702, № 9, maddələr 801, 802, № 12, maddə 1101; 2006-cı il, № 2, maddə 83, № 4, maddələr 321, 322, № 5, maddə 407; № 7, maddə 590, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 436 və 437 nömrəli, 17 avqust tarixli 450 nömrəli, 25 avqust tarixli 454 nömrəli fərmanları) 3.8-ci bəndində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin.

1.18. «Kinematoqrafiya haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 526 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 463; 2005-ci il, № 10, maddə 918) 1-ci bəndində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin.

1.19. «Gənclər siyasəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 6 may tarixli 697 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 264; 2004-cü il, № 1, maddə 19) 2-ci bəndinin üçüncü, dördüncü, beşinci, altıncı, yeddinci, doqquzuncu və onuncu abzaslarında «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə, dördüncü, beşinci, altıncı abzaslarında «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin.

1.20. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 8, maddə 489; 2004-cü il, № 8, maddə 616; 2005-ci il, № 1, maddələr 15, 19) ilə təsdiq edilmiş:

1.20.1. «Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları»nın 4-cü bəndində;

1.20.2. «Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları»nın 13-cü bəndində;

1.20.3. «Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları»nın 3.8-ci, 5.12-ci və 6.4-cü bəndlərində;

1.20.4. «Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları»nın 2.3-cü və 3.10-cu bəndlərində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin.

1.21. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin Siyahısı»nın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 9, maddə 555; 2003-cü il, № 3, maddə 153, № 10, maddə 570; 2006-ci il, № 2, maddə 69, № 4, maddələr 301, 307, № 8, maddə 721, № 10, maddə 919, № 12, maddələr 1104, 1117, № 7, maddə 591) 30-cu bəndində «Gənclər, İdman və Turizm» sözləri «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin.

1.22. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 944 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Qeyri-dövlət mülkiyyətində olan xüsusi əhəmiyyətli mədəniyyət sərvətlərinin satılması Qaydası»nın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 549) 2-ci və 6-cı bəndlərində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin.

1.23. «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 noyabr tarixli 4 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 11, maddə 634) 2-ci bəndində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin.

1.24. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)” (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 62; 2005-ci il, № 2, maddə 69; 2006-cı il, № 7, maddə 590) 3-cü bölməsinin:

1.24.1. 3.1.35-ci, 3.1.39-3.1.46-cı, 3.2.1.7-ci, 3.2.2.40-cı, 3.2.6.26-cı bəndlərində «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə;

1.24.2. 3.2.1.21-ci, 3.2.1.25-ci, 3.2.2.45-ci, 3.2.2.47-ci, 3.2.2.60-cı, 3.2.3.13-cü, 3.2.3.79-cu, 3.2.3.97-ci, 3.2.4.10-cu, 3.2.4.34-cü, 3.2.4.40-cı, 3.2.4.42-ci, 3.2.4.44-cü, 3.2.4.54-cü, 3.2.4.55-ci, 3.2.4.58-ci, 3.2.4.60-cı, 3.2.4.71-ci, 3.2.5.4-cü, 3.2.5.25-ci, 3.2.5.34-cü, 3.2.5.49-cu, 3.2.5.62-ci, 3.2.8.18-ci, 3.2.8.23-cü, 3.2.8.39-cu, 3.2.9.19-cu, 3.2.9.21-ci, 3.2.9.26-cı, 3.2.9.27-ci, 3.2.9.46-cı bəndlərində «Gənclər, İdman və Turizm» sözləri «Mədəniyyət və Turizm» sözləri ilə;

1.24.3. 3.2.2.39-cu, 3.2.2.87-ci, 3.2.3.12-ci, 3.2.3.74-cü, 3.2.3.78-ci, 3.2.4.28-ci, 3.2.6.68-ci, 3.2.9.28-ci, 3.2.9.49-cu bəndlərində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə;

1.24.4. 3.1.11-ci, 3.1.13-cü və 3.2.5.47-ci bəndlərində «Gənclər, İdman» sözləri «Gənclər və İdman Nazirliyi, Mədəniyyət» sözləri ilə;

1.24.5. 3.2.5.72-ci bəndində «Gənclər, İdman və Turizm Nazirliyi, Mədəniyyət» sözləri, 3.2.8.35-ci bəndində «Mədəniyyət Nazirliyi, Gənclər, İdman və Turizm» sözləri «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin.

1.25. «Turizm haqqında» Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 aprel tarixli 56 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 236) 2.1-ci bəndində «Gənclər, İdman» sözləri «Mədəniyyət» sözü ilə əvəz edilsin.

1.26. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 315 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi haqqında Əsasnamə»nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1010) 2-ci bəndinin ikinci abzasında «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin.

1.27. «Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 344 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1113) 1.1-ci bəndində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin.

1.28. «Türkiyə Respublikası ilə iqtisadi əməkdaşlıq məsələləri üzrə Azərbaycan Respublikasının daimi fəaliyyət göstərəcək hökumətlərarası Dövlət Komissiyası haqqında» Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 aprel tarixli 295 nömrəli Sərəncamının 2-ci bəndində «Polad Bülbüloğlu - Azərbaycan Respublikasının mədəniyyət naziri» sözləri «Əbülfəz Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri» sözləri ilə əvəz edilsin.

1.29. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli 832 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı»nın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 6, maddə 409; 2004-cü il, № 1, maddə 19) 12-ci, 13-cü, 25-ci və 26-cı bəndlərində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin.

1.30. «Azərbaycanın uşaq şahmatçılarına dövlət qayğısının artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 dekabr tarixli 42 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-cu il, № 12, maddə 785; 2001-ci il, №7, maddə 459) 2-ci bəndində «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə əvəz edilsin.

1.31. «Azərbaycan Respublikasının Moskva şəhəri ilə əməkdaşlıq üzrə Hökumət Komissiyasının yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 5 fevral tarixli 69 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 2, maddə 104) 1-ci bəndində «Polad Bülbüloğlu - Azərbaycan Respublikasının mədəniyyət naziri» sözləri «Əbülfəz Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri» sözləri ilə əvəz edilsin.

1.32. «Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın tərkibi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 28 may tarixli 160 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 321) 1-ci bəndində «Polad Bülbüloğlu - Azərbaycan Respublikasının mədəniyyət naziri» sözləri «Əbülfəz Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri» sözləri ilə əvəz edilsin.

1.33. «Avropa Şurasının fəaliyyətinə və Azərbaycan Respublikası ilə Avropa Şurası arasındakı əməkdaşlığa dair məlumatların yayılması barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 mart tarixli 364 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 3, II kitab, maddə 203) 5-ci bəndində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin.

1.34. «Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının tərkibi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 17 may tarixli 416 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 5, maddə 342; 2001-ci il, № 7, maddə 459; 2006-cı il, № 7, maddə 588) 1-ci bəndində «Polad Bülbüloğlu - Azərbaycan Respublikasının mədəniyyət naziri» sözləri «Əbülfəz Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri» sözləri ilə, «Əbülfəz Qarayev - Azərbaycan Respublikasının gənclər, idman və turizm naziri» sözləri «Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri» sözləri ilə əvəz edilsin.

1.35. «Birgə kino istehsalı haqqında» Avropa Konvensiyası üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqanın təyin edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 475 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 537; 2002-ci il, № 1, maddə 57) 1-ci və 2-ci bəndlərində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin.

1.36. «Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya»nın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 569 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 11, maddə 805) 1-ci bəndində «Polad Bülbüloğlu - Azərbaycan Respublikasının mədəniyyət naziri» sözləri «Əbülfəz Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri» sözləri ilə əvəz edilsin.

1.37. «Azərkinovideo» İstehsalat Birliyinin ləğv edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 aprel tarixli 688 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 4, maddə 260) 1-ci bəndində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin.

1.38. «Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 766 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 500) on dördüncü abzasında «Polad Bülbüloğlu - Azərbaycan Respublikasının mədəniyyət naziri» sözləri «Əbülfəz Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri» sözləri ilə əvəz edilsin.

1.39. «Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 27 dekabr tarixli 851 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 795; 2003-cü il, № 10, maddə 585; 2004-cü il, № 1, maddə 24) 1-ci bəndinin onuncu abzasında «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin.

1.40. «Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Beynəlxalq Xüsusi Hüququ Unifikasiya İnstitutunun (YUNİDRUA) «Oğurlanmış, yaxud qanunsuz aparılmış mədəniyyət sərvətləri haqqında» Konvensiyası üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqan təyin edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 14 noyabr tarixli 1089 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 11, maddə 668) adında, 1-ci və 2-ci bəndlərində ismin müvafiq hallarında «Mədəniyyət Nazirliyi» sözləri ismin müvafiq hallarında «Mədəniyyət və Turizm Nazirliyi» sözləri ilə əvəz edilsin.

1.41. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 18 fevral tarixli 1152 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 2, maddə 107; 2004-cü il, № 12, maddə 1005) ilə təsdiq edilmiş:

1.41.1. «Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram»ın «Milli Proqramın həyata keçirilməsi üçün tədbirlər planı» bölməsinin 20-ci və 81-83-cü bəndlərində «Gənclər, İdman və Turizm» sözləri, 89-92-ci bəndlərində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin;

1.41.2. «Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram»ın 10-cu bölməsinin 10.1.3-cü bəndində «Gənclər, İdman» sözləri «Mədəniyyət» sözü ilə əvəz edilsin.

1.42. «Çıraqqala» tarixi abidələr kompleksinin bərpası və qorunması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 iyun tarixli 1262 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 324) 3-cü bəndində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin.

1.43. «Şabran şəhəri» tarix və mədəniyyət abidəsinin qorunması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 1343 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 9, maddə 517) 4-cü bəndində «Gənclər, İdman və Turizm» sözləri və 5-ci bəndində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin.

1.44. «Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 yanvar tarixli 56 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 32) 3-cü bəndinin ikinci abzasında «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin.

1.45. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 6 may tarixli 208 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı»nın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 5, maddə 350) «Milli Fəaliyyət Planı üzrə tədbirlər» bölməsinin 12-ci bəndində «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə əvəz edilsin.

1.46. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 30 iyun tarixli 291 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramının (2004-2008-ci illər)» (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 492; 2005-ci il, № 7, maddə 596) 4.3-cü və 4.6-cı bəndlərində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin.

1.47. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 540) 1.8-ci, 2.19-cu və 3.7-ci bəndlərində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin.

1.48. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 sentyabr tarixli 377 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004 - 2006-cı illər)» (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 9, maddə 696; 2005-ci il, № 7, maddə 596; 2006-cı il, № 7, maddə 590) «Dövlət Proqramı üzrə tədbirlər» bölməsinin 5.1-5.5-ci bəndlərinə aid 4-cü sütununda «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin.

1.49. «Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda işçilərin əməyinin ödənilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 13 oktyabr tarixli 453 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 10, maddə 829; 2005-ci il, № 1, maddə 41, № 8, maddə 741, № 9, maddə 808, № 12, maddə 1194) 2-ci bəndinin səkkizinci abzasında «Gənclər, İdman və Turizm» sözləri, doqquzuncu abzasında «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin.

1.50. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 noyabr tarixli 517 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı»nın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə 940; 2005-ci il, № 7 maddə 596) «Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək Tədbirlər» bölməsinin:

1.50.1. 2.4.2-ci, 3.1.1-ci, 3.2.2-ci, 5.1.19-cu, 5.2.16-cı, 5.2.17-ci, 7.9-cu, 7.10-cu və 8.25-ci bəndlərində «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə;

1.50.2. 5.2.7-ci bənddə «Gənclər, İdman» sözləri «Gənclər və İdman Nazirliyi, Mədəniyyət» sözləri ilə əvəz edilsin.

1.51. «Azərbaycan Respublikasının Avropaya inteqrasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 iyun tarixli 834 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 493, № 10, maddə 968; 2006-cı il, № 7, maddə 588) 1-ci bəndində «gənclər, idman və turizm» sözləri «mədəniyyət və turizm» sözləri ilə əvəz edilsin.

1.52. «2006-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı»nın hazırlanması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 iyun tarixli 853 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 512, № 10, maddə 968; 2006-cı il, № 7, maddə 588) 1-ci bəndində «Polad Bülbüloğlu - Azərbaycan Respublikasının mədəniyyət naziri» sözləri «Əbülfəz Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri» sözləri ilə, «Əbülfəz Qarayev - Azərbaycan Respublikasının gənclər, idman və turizm naziri» sözləri «Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri» sözləri ilə əvəz edilsin.

1.53. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 avqust tarixli 935 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının, o cümlədən, Quba, Qusar, Xaçmaz, Siyəzən və Dəvəçi rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı»nın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 729; 2006-cı il, № 7, maddə 590):

1.53.1. 1.6-cı bəndində «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə;

1.53.2. 1.8-ci və 1.10-cu bəndlərində «Gənclər, İdman və Turizm» sözləri «Mədəniyyət və Turizm» sözləri ilə;

1.53.3. 1.7-ci bəndində «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin.

1.54. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 25 avqust tarixli 972 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının, o cümlədən, Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı»nın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 765):

1.54.1. 1.5-ci və 1.7-ci bəndlərində «Gənclər, İdman və Turizm» sözləri «Mədəniyyət və Turizm» sözləri ilə;

1.54.2. 4.2-ci bəndində «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə;

1.54.3. 5.3-cü bəndində «Gənclər, İdman və Turizm Nazirliyi, Mədəniyyət» sözləri «Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin.

1.55. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 982 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər)» (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 775):

1.55.1. 4-cü bölməsinin birinci və ikinci hissələrində «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə əvəz edilsin;

1.55.2. «Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər) üzrə həyata keçiriləcək Tədbirlər» bölməsinin:

1.55.2.1. 7.8-7.14-cü bəndləri istisna olmaqla, mətnində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə, «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə əvəz edilsin;

1.55.2.2. 7.8-7.14-cü bəndlərində «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin.

1.56. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 sentyabr tarixli 1001 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının, o cümlədən Lənkəran şəhəri, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı»nın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 9, maddə 821):

1.56.1. 2.3-cü, 3.8-ci və 5.6-cı bəndlərində «Gənclər, İdman» sözləri «Mədəniyyət» sözü ilə;

1.56.2. 2.4-cü bəndində «Mədəniyyət Nazirliyi, Gənclər, İdman» sözləri «Mədəniyyət» sözü ilə;

1.56.3. 3.7-ci və 4.3-cü bəndlərində «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə;

1.56.4. 5.5-ci bəndində «Gənclər, İdman və Turizm Nazirliyi, Mədəniyyət» sözləri «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin.

1.57. «YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 9, maddə 826) 3-cü bəndində «Polad Bülbüloğlu - Azərbaycan Respublikasının mədəniyyət naziri» sözləri «Əbülfəz Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri» sözləri ilə, «Əbülfəz Qarayev - Azərbaycan Respublikasının gənclər, idman və turizm naziri» sözləri «Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri» sözləri ilə əvəz edilsin.

1.58. «Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 10 oktyabr tarixli 1038 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 10, maddə 926):

1.58.1. 2-ci bəndində «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə əvəz edilsin;

1.58.2. həmin Sərəncamla təsdiq edilmiş «Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramının (2005-2015-ci illər)» «Proqramın həyata keçirilməsi üzrə tədbirlər planı» bölməsinin mətnində «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə, «GİTN» qısaldılmış ifadələri «GİN» qısaldılmış ifadələri ilə əvəz edilsin.

1.59. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 oktyabr tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının, o cümlədən Əli Bayramlı şəhəri, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı»nın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 10, maddə 932) 2.2-ci, 4.3-cü bəndlərində «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə, 8.4-cü və 11.3-cü bəndlərində «Gənclər, İdman və Turizm» sözləri «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin.

1.60. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 21 oktyabr tarixli 1055 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)» (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 10, maddə 943; 2006-cı il, № 7, maddə 590) VII bölməsinin 7.3.8-ci bəndində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, «27» sentyabr 2006-cı il

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin