Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ BANKI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №12, maddə 984; 2007-ci il, №6, maddə 562) aşağıdakı dəyişikliklər edilsin:

1. 21.11-ci və 21.12-ci maddələr çıxarılsın.

2. 22.0.16-cı maddə aşağıdakı redaksiyada verilsin:

“22.0.16. Milli Bankda əməyin ödənilməsi formaları və miqdarını Azərbaycan Respublikasının bank sistemində uyğun əməkhaqqı səviyyəsi nəzərə alınmaqla müəyyənləşdirir;”.

3. 59.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“59.5. Milli Bankın əməkdaşlarının pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 noyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin