Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Möhtərəm cənab Prezident!

Siz həmişə incəsənətə yüksək qiymət vermiş, mədəniyyət işçilərinə, teatr xadimlərinə böyük qayğı və diqqətlə yanaşmış, daim bizim sosial problemlərimizlə maraqlanmış və onun həlli yollarını aramısınız. Mədəniyyət və incəsənət xadimlərinin əmək haqlarının artırılması haqqında növbəti Sərəncamınız dediklərimizə əyani misal ola bilər.

Hörmətli Heydər Əlirza oğlu!

Kollektivimiz adından Sizə uzun ömür, cansağlığı və Azərbaycan xalqının tərəqqisi yolundakı ardıcıl və yenilməz mübarizənizdə daim qələbələr diləyirik.

Dərin hörmətlə,

Şuşa Dövlət Musiqili Dram

Teatrının kollektivi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin