Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ MÖHTƏRƏM HEYDƏR ƏLİYEVƏ

Hörmətli Prezident!

Siz ölkəmizin tərəqqisinə göstərdiyiniz tükənməz qayğı ilə yanaşı, səhiyyə işçilərinin də rifahının yüksəldilməsinə daim diqqət yetirirsiniz. Əhaliyə tibbi xidmətin yüksəldilməsi üçün yeni səhiyyə ocaqlarının açılması, mövcud xəstəxana və poliklinikaların müasir avadanlıqla təchiz olunması Sizin daim diqqət yetirdiyiniz vacib məsələlərdir. Bununla yanaşı, səhiyyə işçilərinin sosial şəraitinin yüksəldilməsini də unutmursunuz. Bu günlərdə səhiyyə işçilərinin əmək haqlarının artırılması barədə imzaladığınız Sərəncam dediklərimizə əyani sübutdur. Siz bu Sərəncamla minlərlə ailənin rifah halının daha da yaxşılaşdırılmasına töhfə vermisiniz.

Əziz Prezidentimiz!

Qazax rayonunun 1400 nəfərdən çox səhiyyə işçisi Sizi əmin edir ki, bu qayğıya əməli işlə cavab verərək əhaliyə tibbi xidməti günün tələbləri səviyyəsinə qaldıracağıq. Sizi əmin edirik ki, qarşıdan gələn prezident seçkilərində Qazax rayonunun səhiyyə işçiləri bir nəfər kimi Sizə səs verəcəklər.

Dərin hörmətlə,

Qazax rayonunun səhiyyə

işçiləri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin