RƏSMİ SƏNƏDLƏR


AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli cənab Prezident! 

Amerika xalqı adından Azərbaycan xalqına xoşbəxtlik və səadət dolu Qurban bayramı arzulayıram.

Bu il Qurban bayramı tezliklə ildönümü qeyd olunacaq hadisədən cəmi bir neçə gün qabaq bayram edilir. Fevral ayının 28-də ölkələrimiz arasında diplomatik əlaqələr qurulmasının 10 ili tamam olacaqdır. Həmin müddət ərzində biz birlikdə çox işlər görmüşük. Qarşıdan gələn illər ərzində isə Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın daha da yaxın olmasını səbirsizliklə gözləyirəm.

Qoy Tanrı bütün Azərbaycan xalqını daim qorusun.

Səmimiyyətlə,

Corc Buş

Amerika Birləşmiş Ştatlarının Prezidenti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin