Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli cənab Prezident,

Azərbaycanın milli bayramı və dövlətçiliyin bərpasının yubileyi münasibətilə Sizə və dost Azərbaycan xalqına qəlbimdən gələn ən səmimi təbriklərimi yetirirəm.

Macarıstan xalqı Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində Azərbaycanın səylərini, ölkənin sosial-iqtisadi yüksəlişinə və inkişafına nail olmaq əzmini böyük maraq, rəğbət və diqqətlə izləyir. Biz əldə olunmuş nəticələri yüksək qiymətləndirir və uğurlara sevinirik.

Əminəm ki, biz qarşılıqlı səylər göstərərək, çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək və möhkəmləndirmək üçün yeni-yeni imkanlar tapacağıq.

Hörmətli cənab Prezident, İcazə verin, ölkənin yüksəlişi məqsədlərinə xidmət edən məsul və fədakar fəaliyyətinizdə Sizə uğurlar, habelə möhkəm cansağlığı və xoşbəxtlik arzulayım.

Doktor Ferents Madl

Macarıstan Respublikasının Prezidenti

Budapeşt, 27 may 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin