Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Zati-aliləri, əziz qardaşım, 

Bizim qardaş ölkələrimiz arasında diplomatik əlaqələr yaradılmasının 10 illiyi münasibətilə Pakistan hökuməti, xalqı adından və öz adımdan Azərbaycan hökumətinə və xalqına hərarətli salamlarımı yetirmək məndə böyük məmnunluq hissi doğurur. Xalqlarımızın oxşar tarixi və mədəni irsinə əsaslanan əlaqələrimiz get-gedə artır və möhkəmlənir. Bizim əlaqələrin inkişafına yeni istiqamət və təkan vermək üçün səylərimizi birləşdirəcəyik. Bu, bir sıra sahələrdə ikitərəfli əməkdaşlığı genişləndirmək üçün mövcud olan potensialdan istifadə edilməklə həyata keçirilə bilər.

İqtisadi Əməkdaşlıq Təşkilatının təsisçilərindən biri və Mərkəzi Asiya ölkələrinin təbii tərəfdaşı kimi, Pakistan Azərbaycanla yaxından əməkdaşlıq etməyə, bölgədə tərəqqi və firavanlıq baxımından bizim vahid mövqelərimizi həyata keçirməyə həmişə hazırdır.

Mən bu fürsətdən istifadə edərək, zati-alilərinizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, xahiş edirəm, mənim ali ehtiramımı qəbul edəsiniz.

General Pərviz Müşərrəf

Pakistan İslam Respublikasının

Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin