Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Heydər Əlirza oğlu!

Qazaxıstan ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər yaradılmasının 10 illiyi ilə əlaqədar təbriklərimi qəbul edin.

Əminəm ki, iki qardaş dövlət arasında təşəkkül tapmış dostluq münasibətləri və qarşılıqlı surətdə faydalı əməkdaşlıq ölkələrimizin xalqlarının tərəqqisi və rifahı naminə daha da inkişaf edəcəkdir.

Hörmətli Heydər Əlirza oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, səadət və fəaliyyətinizdə uğurlar arzulayıram.

Səmimiyyətlə,

Nursultan Nazarbayev

Qazaxıstan Respublikasının Prezidenti

Astana şəhəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin