Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Zati-aliləri, hörmətli cənab Prezident, 

Xəzər dənizində baş verən qəza haqqında məlumatı alarkən biz – Almaniyanın Bakıdakı Səfirliyi və Almaniyada yaşayan insanlar çox kədərləndik.

Azərbaycan üçün belə ağır bir vaxtda biz qəza nəticəsində həlak olanların ailələrinin dərdinə şərik çıxırıq.

Allah ölənlərə rəhmət eləsin!

Zati-ailəri, icazə verin, Sizə öz dərin hörmətimi izhar edim.

Səmimi salamlarla,

Klaus Qrevlix

Almaniya Federativ Respublikasının

Azərbaycandakı səfiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin