Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Mənə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı verilməsi münasibətilə Sizə öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Bu fəxri ad 30 ilə yaxın Milli Dram Teatrının səhnəsində çalışan aktrisa üçün yaradıcılığına verilən dəyərli qiymətdir. Fəxri ad bir sənətkar kimi məni daha da ruhlandırır. Mədəniyyətimizə və incəsənətimizə göstərdiyiniz qayğı üçün çox sağ olun. Qoy ulu Tanrı Sizi daim qorusun!

Hörmət və ehtiramla,

Sevil Rza qızı Xəlilova

əməkdar artist

Bakı şəhəri, 25 dekabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin