Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Heydər Əlirza oğlu,

Qırğızıstan Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər yaradılmasının 10-cu ildönümü ilə əlaqədar səmimi və ürəkdən gələn təbrikimi qəbul edin.

Qırğızıstan-Azərbaycan münasibətlərinin möhkəm təməlinə çevrilmiş dostluq və əməkdaşlıq haqqında müqavilənin ruhuna uyğun olaraq, Azərbaycanla ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə Qırğızıstanın çox böyük əhəmiyyət verdiyini bu yubiley günü münasibətilə bir daha təsdiq etmək istəyirəm.

Əminəm ki, Qırğızıstan ilə Azərbaycan arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın mənafeləri naminə daha da möhkəmlənəcəkdir.

Möhtərəm Heydər Əlirza oğlu, fürsətdən istifadə edib, Sizə möhkəm cansağlığı, məsul dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Əsgər Akayev

Qırğızıstan Respublikasının Prezidenti

Bişkek

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin