Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Möhtərəm cənab Prezident!

Biz – Azərbaycanda keçirilən Beynəlxalq İnvestisiya Konfransının iştirakçıları – Sizi anadan olmağınızın 80-ci ildönümü münasibətilə təbrik edirik.

Konfransın yaratdığı imkanlardan istifadə edərək, biz bu günlər ərzində Azərbaycan Respublikasında bütün sahələrdə həyata keçirilən irimiqyaslı islahatlar, quruculuq işləri ilə yaxından tanış olduq. Ölkədə beynəlxalq tələblərə cavab verən qanunvericilik bazasının yaradılması, bazar iqtisadiyyatının formalaşması, investisiya mühitinin ildən-ilə yaxşılaşdırılması, beynəlxalq təşkilatlarla və xarici ölkələrlə əməkdaşlığın genişləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər bizdə böyük təəssürat və rəğbət hissi oyatdı. Əminik ki, bu işlər uğurla davam etdiriləcək, əldə edilmiş nailiyyətlər daha da möhkəmləndiriləcəkdir.

Cənab Prezident!

Sizə möhkəm cansağlığı və Azərbaycan dövlətinin çiçəklənməsi naminə apardığınız işlərdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Beynəlxalq İnvestisiya

Konfransının iştirakçıları

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin