Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Möhtərəm cənab Prezident,

Əziz dost!

Doğum gününüz münasibətilə Sizə ən xoş səadət, cansağlığı və Azərbaycan xalqının Sizə etimad etdiyi vəzifənin yerinə yetirilməsi naminə uğurlar arzuladığımı bildirmək istərdim. Fürsətdən istifadə edərək, mən dost Azərbaycan xalqını salamlayır, ona sülh və tərəqqi arzulayıram.

Bu sözləri yazdığım anda mən Azərbaycan Respublikasına etdiyim səfəri məmnuniyyət hissi ilə xatırlayıram. Həmin səfər bütün sahələrdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə, xüsusən də iqtisadi əlaqələrin gücləndirilməsinə lazımi təkan verdi.

Cənab Prezident, yubileyinizlə bağlı Sizi bir daha təbrik edir və mənim ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

İon İliyesku

Rumıniya Respublikasının Prezidenti

Buxarest, 10 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin