Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Cənab Prezident,

Əziz dost!

İcazə verin, 80 illiyiniz münasibətilə Sizə təbriklərimi səmimi qəlbdən ifadə edim və Azərbaycanı sabit, çiçəklənən bir dövlətə çevirmək yolunda qətiyyətiniz üçün bir daha öz ehtiramımı bildirim.

Arzu etmək istəyirəm ki, Sizin ölkənizdəki növbəti seçkilər sülhə doğru və Dağlıq Qarabağda münaqişənin həlli yolunda bir irəliləyiş olsun. Sizə məlumdur, bu sahədə mənim tam dəstəyimə əmin ola bilərsiniz.

Birgə Komissiyanın bir neçə gündən sonra Bakıda, xariçi ticarət naziri cənab Fransua Loosun iştirakı ilə keçiriləcək üçüncü iclası, ikitərəfli əlaqələrimizin keyfiyyətini təsdiq edəcək bir tədbirə çevriləcək və mən, bu əlaqələrin daha da möhkəmlənməsini görməyi arzu edirəm.

Ölkəniz qarşısındakı, onun tərəqqisi naminə və sülh uğrunda misilsiz xidmətlərinizi qiymətləndirmək üçün mən Sizi Fəxri Legion ordeninin Böyük Xaçı ilə təltif etməyi qərara aldım. Arzu edərdim ki, Fransaya növbəti səfəriniz dövründə bu ordeni Sizə təqdim etmək məmnunluğunu duyum. Bunun mümkünlüyünü oğlunuz İlham ilə birlikdə müzakirə etmişik.

Cənab Prezident,

Sizə bir daha cansağlığı, özünüzə və ailənizə səadət diləyir, tez sağalmağınızı arzulayır və Sizə olan ən böyük ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Səmimi dostluq hissləri ilə,

Jak Şirak

Fransa Respublikasının Prezidenti

Paris, 7 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin