Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Heydər Əlirza oğlu!

Həyatınızda əlamətdar hadisə - anadan olmağınızın 80 illiyi münasibətilə Sizi səmimiyyətlə və ürəkdən təbrik edirəm.

Bu illər ərzində Siz parlaq həyat yolu keçmisiniz, Azərbaycanın sosial-iqtisadi, mənəvi inkişafı işinə əvəzsiz töhfələr vermisiniz, Azərbaycan xalqının danılmaz lideri olmusunuz.

Dağıstanlılar Sizə görkəmli dövlət xadimi və beynəlxalq miqyaslı siyasətçi kimi hörmət bəsləyir, Azərbaycanla Rusiya arasında tarixən təşəkkül tapmış mehriban qonşuluq münasibətlərinin inkişafına, Azərbaycan və Dağıstan xalqları arasında qardaşcasına dostluğun möhkəmlənməsinə verdiyiniz töhfəni yüksək qiymətləndirirlər.

Hörmətli Heydər Əlirza oğlu, səmimi qəlbdən Sizə möhkəm cansağlığı, uzun illər tükənməz qüvvə və enerji, Azərbaycan Respublikasının tərəqqisi naminə çoxşaxəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Səmimiyyətlə,

Məhəmmədəli Məhəmmədov

Dağıstan Respublikası Dövlət Şurasının

sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin