Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Keçirmiş olduğunuz rahatsızlıq haqqında məlumatı böyük bir üzüntü içində öyrəndim.

Sizə tezliklə şəfa diləyir, dost və qardaş Azərbaycan millətinin başında daha neçə illər böyük xidmətlər göstərmənizi arzu edirəm.

Türk dünyasında özünəməxsus görkəmli bir yer tutan möhtərəm Prezidentimizin anadan olmasının 80-ci ildönümünü səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, cansağlığı, könül xoşluğu, neçə-neçə xoşbəxt illər arzulayıram.

Türk dünyasının həmişəkindən daha çox birlik və bərabərliyə möhtac olduğu bir dövrdə yaşayırıq.

Dost və qardaş Azərbaycan dövlətinin türk millətinin milli ənənələri baxımından daim bizim yanımızda olduğunu bilirik.

Bir daha Sizi təbrik edir, Sizə şəfa diləyir və neçə-neçə sağlam, uğurlu illər arzulayıram.

Hörmətlə,

Doktor Dövlət Baxçalı

Milliyətçi Hərəkat Partiyasının sədri

10 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin