Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Çox hörmətli Heydər Əlirza oğlu!

80 illik yubileyinizlə əlaqədar “İTERA” beynəlxalq şirkətlər qrupu rəhbərliyinin və çoxminli kollektivinin ən səmimi təbriklərini və ən xoş arzularını qəbul edin!

Siz şanlı əmək yolu keçmisiniz və ən mühüm tarixi hadisələrin bilavasitə iştirakçısı və yaradıcısısınız. Azərbaycanın müasir dövlət kimi təşəkkül tapması Azərbaycan Respublikasının müstəqilliyinin və inkişafının rəmzi olan Sizin adınızla qırılmaz surətdə bağlıdır. Siz həmişə öz xalqınızın, ölkənizin, dövlətinizin vətənpərvəri və layiqli lideri olmusunuz.

Əməyinizə verilən yüksək qiymət təkcə saysız-hesabsız mükafatlardan və fəxri adlardan ibarət deyildir. Sizinlə ünsiyyətdə olmuş və indi də ünsiyyətdə olmaq səadəti qismət olmuş bir çox adamlar üçün Siz həmişə öz işinə fədakarcasına xidmət etmək, insanlara qayğı və diqqət göstərmək nümunəsi olaraq qalırsınız.

Sizi əmin edirik ki, “İTERA” şirkətlər qrupu da gözəl ölkənizin və onun əməksevər xalqının rifahı naminə azərbaycanlı tərəfdaşları ilə səmərəli əməkdaşlığı bundan sonra da inkişaf etdirməyə səy göstərəcəkdir.

Azərbaycanın ən yüksək dövlət vəzifəsində çoxsahəli fəaliyyətinizdə Sizə səmimi qəlbdən böyük uğurlar arzulayırıq. Qoy Sizin Yubiley Gününüz və həyatınızın ondan sonrakı bütün günləri Sizi gümrahlığınız, möhkəm cansağlığınız, xoşbəxtliyiniz və əzizlərinizin, yaxın adamlarınızın firavanlığı ilə sevindirsin.

Səmimi hörmətlə

İqor MAKAROV

“İTERA” beynəlxalq şirkətlər

qrupunun prezidenti

10 may 2003- cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin