Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Əziz Heydər Əlirza oğlu!

İTAR-TASS-ın kollegiyası, jurnalistləri, bütün tassçılar Sizi yubileyiniz münasibətilə ürəkdən təbrik edirlər!

Çoxillik səmərəli və faydalı əməkdaşlığa görə Sizə minnətdarlıq sözləri demək üçün bu gün yaxşı əsasımız var. Tassçı jurnalistlərin neçə-neçə nəsli özünün bütün ömrünü doğma xalqına sədaqətlə xidmətə həsr etmiş ən nüfuzlu müasir siyasi liderlərdən biri, Rusiyanın ardıcıl və etibarlı dostu kimi Sizə dərin hörmətlə yanaşmışdır. Sizdə dövlət xadimi müdrikliyi gözəl insani keyfiyyətlərlə, insanlara qayğıkeş münasibətlə vəhdət şəklində birləşmişdir. Biz Sizin jurnalist əməyinə diqqətcil, xeyirxah münasibətinizi, tassçı müxbir və fotoreportyorlar üçün həmişə vaxt tapmağa hazır olduğunuzu yaxşı bilir və yüksək qiymətləndiririk. Sizin onlarla görüşməyə vaxt ayırmağınız Azərbaycanın həyatını operativ, hərtərəfli və dərindən işıqlandırmağa imkan verir.

Hörmətli Heydər Əlirza oğlu, Sizə möhkəm cansağlığı və respublikanızın xalqının rifahı naminə, Rusiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq naminə bundan sonra da səmərəli fəaliyyət və yeni-yeni nailiyyətlər arzulayırıq. Ailənizə xoşbəxtlik və firavanlıq diləyirik.

Hörmətlə,

Vitali İqnatenko

İTAR-TASS agentliyinin baş direktoru

Mixail Qusman

İTAR-TASS agentliyi baş direktorunun

birinci müavini

Moskva, 10 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin