Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli cənab Prezident, 

Anadan olmağınızın 80 illik yubileyi münasibətilə Sizi – zəmanəmizin görkəmli siyasi və dövlət xadimini Litva Azərbaycanlıları Cəmiyyəti adından səmimi qəlbdən təbrik edirəm.

Xarici ölkələrdə yaşayan bütün azərbaycanlıların qayğıları ilə nəfəs aldığınız üçün, dünya miqyasında Azərbaycan və azərbaycançılıqla bağlı xidmətlərinizə görə Sizə təşəkkürlərimizi bildiririk.

Müstəqil tarixi Vətənimizin inkişafı yolunda, millətimizin tərəqqisi naminə Sizə uğurlar, cansağlığı və gümrahlıq, Litva- Azərbaycan münasibətlərinin hərtərəfli genişləndirilib möhkəmləndirilməsi sahəsindəki fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Mahir Həmzəyev

Cəmiyyətin sədri, Litva Respublikası

Hökuməti yanında Milli icmalar

şurasının üzvü

Vilnüs, 9 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin