Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Çox hörmətli Heydər Əlirza oğlu!

İcazə verin, Sizi gözəl yubileyiniz - 80 illiyiniz münasibətilə şəxsən təbrik edim və Sizə möhkəm cansağlığı, uzun yaradıcılıq ömrü və Azərbaycan xalqının rifahı naminə çoxşaxəli fəaliyyətinizdə böyük uğurlar arzulayım.

Qeyd etmək mənim üçün xüsusilə xoşdur ki, sosial-əmək sahəsində dinamik inkişaf edən Rusiya-Azərbaycan əməkdaşlığı Sizdən dəstək alır və gözəl perspektivlərə malikdir.

Sizin çox zəngin həyat təcrübəniz, Vətənə fədakarcasına xidmət etməyiniz Rusiya Federasiyası xalqları arasında Sizə yüksək nüfuz və dərin hörmət qazandırmışdır.

Sizə və ailənizə ən xoş diləklərlə,

Aleksandr Poçinok

Rusiyanın əmək və sosial inkişaf naziri

Moskva, 10 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin