Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Heydər Əlirza oğlu!

Sizi 80 illiyiniz münasibətilə səmimiyyətlə və ürəkdən təbrik edirəm, Sizə və uşaqlıq illərindən tanıdığım böyük xalqınıza möhkəm cansağlığı, uzun ömür, firavanlıq və əmin-amanlıq arzulayıram.

Uşaqlıq dövrümün keçdiyi şəhərdə - Daşkənddə hələ müharibədən əvvəlki illərdə mənim ən yaxşı dostlarım azərbaycanlı uşaqlar olmuşlar, ailəm isə azərbaycanlıların ailələri ilə dostluq edirdilər.

Son illərdə də məni öz xalqını layiqincə təmsil edən, xalqlarımız və dövlətlərimiz arasında dostluğun möhkəmlənməsi üçün çox işlər görən Ukrayna Azərbaycanlıları Konqresi ilə işgüzar və dostluq münasibətləri bağlayır.

Azərbaycanın yəhudi əhalisinə xeyirxah münasibətinizə görə şəxsən Sizə xüsusi təşəkkür etmək istəyirəm. Bakı şəhərində sinaqoqun açılması bu xoş münasibətə misaldır.

Möhtərəm Heydər Əlirza oğlu, Siz bütün dünyaya göstərirsiniz ki, yəhudilərlə müsəlmanlar dinc, mehriban və qarşılıqlı hörmət şəraitində yaşaya bilirlər.

Sizə bir daha cansağlığı, xoşbəxtlik, gümrahlıq və uğurlar arzulayıram.

Bizim millətdə deyildiyi kimi, 120 yaşa çatasınız!

Dərin hörmətlə,

İ.Levitas

Ukrayna Yəhudi Şurasının prezidenti

Kiyev, 13 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin