Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Heydər Əlirza oğlu!

Ölkənizin milli bayramı münasibətilə çox böyük məmnunluqla Sizə və bütün Azərbaycan xalqına öz təbriklərimi və ən xoş arzularımı yetirirəm.

Əminəm ki, ölkələrimiz və xalqlarımız arasındakı ənənəvi dostluq münasibətləri və qarşılıqlı surətdə faydalı əməkdaşlıq daha da inkişaf edəcəkdir.

Möhtərəm Heydər Əlirza oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram.

Səmimiyyətlə Sizin,

Emoməli Rəhmonov

Tacikistan Respublikasının Prezidenti

Düşənbə, 21 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin