Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Heydər Əlirza oğlu,

Milli bayramınız – Respublika günü münasibətilə təbriklərimi qəbul edin.

Ötən illər ərzində Azərbaycan suveren, demokratik dövlət quruculuğunun çətin yolunu keçmişdir. Azərbaycan xalqının siyasi-iqtisadi və ictimai həyatın müxtəlif sahələrində qazandığı, ölkənin beynəlxalq aləmdə nüfuzunun artmasının və mövqelərinin möhkəmlənməsinin əsasını təşkil edən nailiyyətlərlə fəxr etməyə haqqı var.

Əminəm ki, Rusiya ilə Azərbaycan arasında dostluq, mehriban qonşuluq münasibətlərinin hərtərəfli genişlənməsinə və dərinləşməsinə yönəldilmiş, qarşılıqlı surətdə faydalı tərəfdaşlığın uğurla inkişafının təməl daşı olmuş xətt ölkələrimizin xalqlarının ümdə mənafelərinə uyğundur, Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına xidmət edir.

Əziz Heydər Əlirza oğlu, Sizə cansağlığı və firavanlıq, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram.

Vladimir Putin

Rusiya Federasiyasının Prezidenti

Moskva, Kreml, 28 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin