Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Azərbaycanın milli bayramı münasibətilə Bəhreyn Krallığının xalqı adından və şəxsən öz adımdan Zati-alilərinizə və Azərbaycan xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi çatdırmaqdan məmnunam. 

Qoy bu xoş bayram Sizə möhkəm cansağlığı və səadət, ölkənizin xalqına isə əmin-amanlıq və daha böyük tərəqqi gətirsin.

Zati-aliləri, mənim ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Həməd bin İsa Əl-Xəlifə

Bəhreyn Kralı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin