Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Kipr Respublikasının hökuməti və xalqı adından Zati-alilərinizə ən hərarətli təbrikləri çatdırmaqdan məmnunam. Zati-alilərinizə səmimi qəlbdən cansağlığı, xoşbəxtlik arzulayır, dost Azərbaycan xalqına isə davamlı inkişaf və çiçəklənmə diləyirəm. İnanıram ki, ölkələrimiz arasında əməkdaşlıq və dostluq münasibətləri gələcək illərdə də inkişaf edəcəkdir.

Tassos Papadopulos

Kipr Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin