RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli cənab Prezident!
Atanızın – Rusiyanın böyük dostu, Sovet İttifaqının görkəmli siyasi xadimi, Azərbaycan Respublikasının böyük oğlu Heydər Əlirza oğlu Əliyevin vaxtsız vəfatı xəbərini dərin kədər hissi ilə eşitdim.
Onun vəfatı ilə Rusiya öz sabiq müttəfiqini, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın dərinləşməsi və inkişafının möhkəm əqidəli və ardıcıl tərəfdarını itirdi.
Heydər Əlirza oğlu Əliyevin adı Azərbaycan Respublikasının yaradılması, onun dövlətçiliyinin və beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi tarixinə qızıl hərflərlə yazılacaqdır.
Bu gün biz Sizinlə bir yerdə kədərlənirik. Hörmətli cənab Prezident, şəxsən Sizə, Heydər Əlirza oğlunun doğmalarına və əzizlərinə, bütün dost Azərbaycan xalqına səmimi başsağlığımı qəbul edin.
Allah rəhmət eləsin!
Səmimiyyətlə, Sizin,
Boris Qrızlov,
Rusiya Federasiyasının daxili işlər naziri.
Moskva, 13 dekabr 2003-cü il.