RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Hörmətli Prezident,
Zati-aliləri cənab Heydər Əliyevin vəfatı ilə bağlı kədərli xəbəri eşidərkən dərindən qəmə batdım. Prezident Heydər Əliyevin bizim təşkilatın işini dəstəkləməsi və xüsusilə də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə Anlaşma memorandumunu şəxsən imzalaması yadımızdan çıxmaz.
İcazə verin, Sizə, ailənizə və Azərbaycan Respublikasının xalqına səmimi başsağlığımı yetirim.
Zati-aliləri, xahiş edirəm yüksək diqqət hisslərimə əmin olasınız.
Səmimiyyətlə Sizin,
Kristian Ştrohal
Səfir,
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları bürosunun direktoru
17 dekabr 2003-cü il.