Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ MÖHTƏRƏM HEYDƏR ƏLİYEVƏ

Hörmətli cənab Prezident!

Sizin Azərbaycana rəhbərliyinizin bütün mərhələlərində xalqımızın mədəniyyətinə, incəsənətinə, elminə, ədəbiyyat və tarixinə böyük sevginiz, diqqət və qayğınız həmişə birinci yerdə olmuşdur. Siz bütün dövrlər üçün mədəniyyətimizin ən böyük qayğıkeşisiniz.

Hörmətli Prezident!

Bu il iyun ayının 5-də imzaladığınız Sərəncamla mədəniyyət işçilərinin əmək haqlarının artırılması da bu böyük diqqət və qayğının bariz nümunəsidir. Bazar iqtisadiyyatına keçidin davam etdiyi bir şəraitdə mədəniyyət işçilərinin maddi vəziyyətinin yaxşılaşdırılmasına kömək olan bu Sərəncamın çox böyük əhəmiyyəti vardır və Muxtar Respublikanın mədəniyyət işçiləri onu hədsiz sevinc hissi ilə qarşılamışlar.

Möhtərəm Prezident!

Biz mədəniyyət işçiləri, xalqımız Sizə - bənzərsiz dövlət xadimi və ümumilli Liderimizə bu böyük diqqət və qayğıya görə təşəkkürümüzü və minnətdarlığımızı bildirir, möhkəm cansağlığı, uzun ömür, qurub- yaratdığınız Azərbaycanımızın çiçəklənməsi naminə titanik fəaliyyətinizdə uğurlar diləyirik.

Tanrı Sizi qorusun!

Naxçıvan Muxtar Respublikasının

çoxminli mədəniyyət işçiləri adından

Muxtar Respublikanın mədəniyyət

naziri, Azərbaycanın əməkdar incəsənət

xadimi Nizami Həmzəyev

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin