Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Zati-aliləri,

Bu il biz Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 10-cu ildönümünü qeyd edirik. Bu sevindirici hadisə ilə əlaqədar Sizə məktub göndərməkdən böyük şərəf duyuram.

10 il əvvəl iki dövlət arasında diplomatik münasibətlərin qurulmasından sonra, Azərbaycan və Yaponiya arasında ikitərəfli əlaqələr xeyli dərəcədə inkişaf etmişdir. Ölkələrimiz arasında təşəkkül tapmış xoş münasibətlərə əsaslanaraq, ümid edirəm ki, iki ölkə arasında dostluq əlaqələri bundan sonra daha da inkişaf edəcəkdir.

Bu fürsətdən istifadə edərək, səmimi qəlbdən Zati-alilərinizə cansağlığı və ölkənizə firavanlıq arzu edirəm.

Səmimiyyətlə,

Dzünitiro Koidzumi

Yaponiyanın Baş naziri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin