Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Cənab Prezident, 

Bu yaxınlarda mən, həmkarım, İvelin Senatoru, Fransa-Gürcüstan parlamentlərarası Qrupun sədri cənab Alən Qurnakla birlikdə Azərbaycana bir həftəlik səfər etmişdim. Bu səfər, öz proqram rəngarəngliyi və maraqlı şəxsiyyətlərlə olan görüşləri ilə mənim Sizin ölkəniz və onun xalqı haqqında olan təsəvvürlərimin daha da dərinləşməsinə imkan verdi.

Bu səfər zamanı bizə Azərbaycan və onun regionunun gələcəyi üçün mühüm olan bir hadisənin, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməl daşının qoyulması mərasiminin iştirakçısı olmaq da nəsib oldu. Mən həmin gün ərzində Sizin öz çıxışlarınızda söylədiklərinizi böyük maraqla dinlədim və bu çıxışlar mənim düşüncələrimi zənginləşdirdi. Bu tarixi layihənin uğurla başa çatmasını arzulayıram.

Bakıya növbəti səfərim zamanı mən Sizinlə yenidən görüşmək şərəfinə və xoşbəxtliyinə nail olmağı arzu edirəm.

Cənab Prezident, ölkənizin çiçəklənməsini arzulayaraq, Sizə olan çox yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Ambruaz Düpon

Fransa Senatının Fransa-Qafqaz

parlamentlərarası qrupunun sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin