Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Zati-aliləri, 

Ad gününüz münasibətilə Sizə cansağlığı və uğurlar arzulamaq istərdim.

Bildirmək istəyirəm ki, Sizin kimi dövlət xadiminin gördüyü işlər tarixdəki hadisələr və dəyişikliklərlə silinə bilməz. Sizin bütün qərarlarınız dövlətin nəbzi kimi vuran həyatınıza məna vermiş və hər zaman verəcəkdir.

Bakıya səfərim zamanı görüşümüzü xatırlayıram və xatirimdən silinməyən şəxsiyyətiniz mənə imkan verir ki, Azərbaycan Respublikasının rəhbəri kimi Sizin fəaliyyətinizə heyran olduğumu bildirim.

Ölkənizi ziyarət etdiyim vaxt əmin oldum ki, Sizin rəhbərliyiniz altında hökumətiniz iqtisadi inkişaf və yüksəliş sahəsində əldə etdiyi tərəqqinin möhkəmləndirilməsi üçün bütün səyləri göstərir.

Əminəm ki, Azərbaycanın hakimiyyət orqanları gömrük məsələlərinə də eyni diqqətlə yanaşacaqlar. Gömrük xidməti dövlətin iqtisadi, ticari və sosial qücünü qoruyan və onu möhkəmləndirən əsas təsisatlardan biridir.

Bu ad gününüzdə Sizin təcrübə və bacarığınızın Azərbaycanı dəyişikliklər yolu ilə gələcəyə aparmasını və xalqınıza daha çox ümid verməsini arzulayıram.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Dərin hörmətlə,

Mişel Dane

Dünya Gömrük Təşkilatının

baş katibi

Brüssel, 9may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin