Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Zati-aliləri, hörmətli Prezident!

Kanadada yaşayan azərbaycanlı alimlər və iş adamları tərəfindən təsis edilmiş Assosiasiyamızın çoxsaylı üzvləri adından Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik. Doğma vətənimiz üçün asan olmayan bir vaxtda gördüyünüz böyük işlərdə Sizə yeni-yeni uğurlar arzulayırıq. Azərbaycanın qüdrətli bir dövlətə çevrilə biləcəyinə tam inanan insanlar kimi, biz də bu şərəfli yolda əlimizdən gələni etməyə çalışırıq.

Bir qədər öncə səhhətinizlə bağlı olan məlumatı eşidib narahatlıq hissi keçirdik. Hər zaman dualarımız və könüllərimiz Sizinlə birlikdədir və inanırıq ki, yaxın günlərdə Siz tam sağlam bir vəziyyətdə işlərinizi davam etdirəcəksiniz. Qoy Tanrı Sizə kömək olsun!

Bir daha ad gününüz münasibətilə Sizi təbrik edirik.

Dərin hörmətlərimizlə, İdarə heyətinin üzvləri:

Dr. İlham Axundov, McMaster Universiteti

Dr. Hikmət İlyas, MDD Korporasiyası

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin