Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Prezident, 

Azərbaycanın Respublika günü münasibətilə Zati-alinizi və Azərbaycan xalqını şəxsən öz adımdan və türk ulusu adından ən səmimi duyğularla təbrik edirəm. Qardaş Azərbaycanın Zati-alinizin öndərliyi ilə sabitlik və tərəqqi yolunda atdığı önəmli addımlar, beynəlxalq meydanda çatdığı layiqli mövqe bizə xoşbəxtlik verməkdədir.

Ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətləri türk və Azərbaycan xalqları arasındakı köklü bağlar və qarşılıqlı dəyərlər üzərində sürəkli şəkildə güclənərək, gələcəkdə də davam edəcəkdir.

Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına tərəqqi və rifah arzularımı bir daha nəzərinizə yetirmək istəyirəm.

Əhməd Necdət Sezər

Türkiyə Respublikasının Prezidenti

Ankara, 28 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin