Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ QƏBƏLƏ RAYONUNUN İNZİBATİ ƏRAZİ BÖLGÜSÜNDƏ QİSMƏN DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:

Şəfili kəndi Çarxana kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Şəfili kənd inzibati ərazi dairəsi yaradılsın.

Şamlı kəndi Hacıalılı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Şamlı kənd inzibati ərazi dairəsi yaradılsın.

Ovcullu kəndi Mamaylı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Ovcullu kənd inzibati ərazi dairəsi yaradılsın.

Mollaşıxalı kəndi Zalam kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Mollaşıxalı kənd inzibati ərazi dairəsi yaradılsın.

Solquca kəndi Mıxlıqovaq kənd inzibati ərazi dairəsi tərkibindən və Dandıx kəndi Tikanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Solquca kəndi olmaqla, Solquca kənd inzibati ərazi dairəsi yaradılsın.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin