Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır :

I. Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:

Naxçıvan şəhəri üzrə

Naxçıvan şəhər inzibati ərazi vahidi tərkibindəki Başbaşı, Daşduz və Qarğalıq qəsəbələri şəhərin ərazi vahidləri uçot məlumatından çıxarılsın.

Babək rayonu üzrə

Alagözməzrə kənd inzibati ərazi dairəsi tərkibindəki Alagözməzrə kəndi Məzrə kəndi adlandırılsın, Alagözməzrə kənd inzibati ərazi dairəsi Məzrə kənd inzibati ərazi dairəsi adlandırılsın.

Böyük Düz kənd inzibati ərazi dairəsi tərkibindəki Böyük Düz kəndi Böyükdüz kəndi adlandırılsın, Böyük Düz kənd inzibati ərazi dairəsi Böyükdüz kənd inzibati ərazi dairəsi adlandırılsın.

Buzqov kənd inzibati ərazi dairəsi tərkibindəki Kərməçatax kəndi Gərməçataq kəndi adlandırılsın.

Cəhri kənd inzibati ərazi dairəsi tərkibindəki Paiz kəndi Payız kəndi adlandırılsın.

Çalxanqala kənd inzibati ərazi dairəsi tərkibindəki Təzəkənd kəndi Təzəkənd adlandırılsın.

Kərimbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Gültəpə kəndi Kültəpə kəndi adlandırılsın.

Qahab kənd inzibati ərazi dairəsi tərkibindəki Nəcəfəli Dizə kəndi Nəcəfəlidizə kəndi adlandırılsın.

Qoşa Dizə kənd inzibati ərazi dairəsi tərkibindəki Qoşa Dizə kəndi Qoşadizə kəndi adlandırılsın, Qoşa Dizə kənd inzibati ərazi dairəsi Qoşadizə kənd inzibati ərazi dairəsi adlandırılsın.

Məzrə kənd inzibati ərazi dairəsi tərkibindəki Oruc Dizə kəndi Kalbaoruc Dizə kəndi, Yeniyol kəndi Məmmədrza Dizə kəndi adlandırılsın.

Yarımca kənd inzibati ərazi dairəsi tərkibindəki Bədəşxan kəndi Badaşqan kəndi adlandırılsın.

Nehrəm kənd inzibati ərazi dairəsi tərkibində faktik mövcud olan ərazi vahidi Araz kəndi adlandırılsın və rayonun ərazi vahidləri uçot məlumatına daxil edilsin.

Araz kəndi Nehrəm kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Araz kənd inzibati ərazi dairəsi yaradılsın.

Gərməçataq kəndi Buzqov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Gərməçataq kənd inzibati ərazi dairəsi yaradılsın.

Təzəkənd və Xıncab kəndləri Çalxanqala kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Xıncab kəndi mərkəz olmaqla, Xıncab kənd inzibati ərazi dairəsi yaradılsın.

Qoşadizə kənd inzibati ərazi dairəsi tərkibindəki Araz qəsəbəsi və Təzəkənd kəndi rayonun ərazi vahidləri uçot məlumatından çıxarılsın.

Nehrəm kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Nehrəm, Birinci Dərəşam və İkinci Dərəşam qəsəbələri rayonun ərazi vahidləri uçot məlumatından çıxarılsın.

Culfa rayonu üzrə

Camaldin kənd inzibati ərazi dairəsi tərkibindəki Camaldin kəndi Camaldın kəndi adlandırılsın, Camaldin kənd inzibati ərazi dairəsi Camaldın kənd inzibati ərazi dairəsi adlandırılsın.

Əbrəqunis kənd inzibati ərazi dairəsi tərkibindəki Əbrəqunis kəndi Əbrəqunus kəndi adlandırılsın, Əbrəqunis kənd inzibati ərazi dairəsi Əbrəqunus kənd inzibati ərazi dairəsi adlandırılsın.

Xanəgah kənd inzibati ərazi dairəsi tərkibindəki Xoşkeşiş kəndi Xoşkeşin kəndi adlandırılsın.

Kirnə kənd inzibati ərazi dairəsi tərkibindəki Kirnə kəndi Kırna kəndi adlandırılsın, Kirnə kənd inzibati ərazi dairəsi Kırna kənd inzibati ərazi dairəsi adlandırılsın.

Qazançı kənd inzibati ərazi dairəsi tərkibindəki Köynük kəndi Göynük kəndi adlandırılsın.

Saltax kənd inzibati ərazi dairəsi tərkibindəki Saltax kəndi Saltaq kəndi adlandırılsın, Saltax kənd inzibati ərazi dairəsi Saltaq kənd inzibati ərazi dairəsi adlandırılsın.

Şurud kənd inzibati ərazi dairəsi tərkibindəki Qal kəndi Gal kəndi adlandırılsın.

Bənəniyar kəndi Əbrəqunus kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Bənəniyar kənd inzibati ərazi dairəsi yaradılsın.

Nəhəcir və Göynük kəndləri Qazançı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Nəhəcir kəndi mərkəz olmaqla, Nəhəcir kənd inzibati ərazi dairəsi yaradılsın.

Teyvaz kəndi Milax kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Teyvaz kənd inzibati ərazi dairəsi yaradılsın.

Ordubad rayonu üzrə

Aza kənd inzibati ərazi dairəsinin mərkəzi Yuxarı Aza kəndi Aza kəndi adlandırılsın.

Aza kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Aza kəndi Azadkənd, Dər kəndi Darkənd, Sabir kəndi Sabirkənd, Qoşa Dizə kəndi Qoşadizə kəndi adlandırılsın.

Biləv kənd inzibati ərazi dairəsi tərkibindəki Bəhrud kəndi Behrud kəndi adlandırılsın.

Çənənəb kənd inzibati ərazi dairəsi tərkibindəki Çənənəb kəndi Çənnəb kəndi adlandırılsın, Çənənəb kənd inzibati ərazi dairəsi Çənnəb kənd inzibati ərazi dairəsi adlandırılsın.

Çənnəb kənd inzibati ərazi dairəsi tərkibindəki Ustupu kəndi Üstüpü kəndi adlandırılsın.

Çənnəb kənd inzibati ərazi dairəsinin mərkəzi Çənnəb kəndindən Üstüpü kəndinə keçirilsin, Çənnəb kənd inzibati ərazi dairəsi Üstüpü kənd inzibati ərazi dairəsi adlandırılsın.

Dırnıs kənd inzibati ərazi dairəsi tərkibindəki Danaqırt kəndi Anaqut kəndi adlandırılsın.

Nüsnüs kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Əndəmiç kəndi Aşağı Əndəmic kəndi, Yuxarı Əndəmiç kəndi Yuxarı Əndəmic kəndi adlandırılsın.

Ordubad şəhər inzibati ərazi vahidi tərkibindəki Ketam kəndi Kotam kəndi, Kənzə kəndi Gənzə kəndi, Ordubad qəsəbəsi Şəhriyar qəsəbəsi adlandırılsın.

Vənənd kənd inzibati ərazi dairəsi tərkibindəki Disər kəndi Başkənd adlandırılsın.

Düylün kəndi Aza kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Düylün kənd inzibati ərazi dairəsi yaradılsın.

Gilançay kəndi Parağa kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Gilançay kənd inzibati ərazi dairəsi yaradılsın.

Unus, Kələki və Pəzməri kəndləri Dırnıs kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Unus kəndi mərkəz olmaqla, Unus kənd inzibati ərazi dairəsi yaradılsın.

Aza kənd inzibati ərazi dairəsi tərkibindəki Aza qəsəbəsi rayonun ərazi vahidləri uçot məlumatından çıxarılsın.

Üstüpü kənd inzibati ərazi dairəsi tərkibindəki Urmis kəndi rayonun ərazi vahidləri uçot məlumatından çıxarılsın.

Sədərək rayonu üzrə

Sədərək qəsəbə inzibati ərazi dairəsi tərkibində faktik mövcud olan ərazi vahidi Heydərabad qəsəbəsi adlandırılsın və rayonun ərazi vahidləri uçot məlumatına daxil edilsin.

Heydərabad qəsəbəsi Sədərək qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Heydərabad qəsəbə inzibati ərazi dairəsi yaradılsın.

Sədərək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Sədərək qəsəbəsi kənd statusuna aid edilsin və Sədərək kəndi adlandırılsın, Sədərək qəsəbə inzibati ərazi dairəsi Sədərək kənd inzibati ərazi dairəsi adlandırılsın.

Sədərək rayonunun mərkəzi Sədərək kəndindən Heydərabad qəsəbəsinə keçirilsin.

Şahbuz rayonu üzrə

Badamlı kənd inzibati ərazi dairəsi tərkibindəki Badamlısu qəsəbəsi Badamlı qəsəbəsi adlandırılsın.

Gömür kənd inzibati ərazi dairəsi tərkibindəki Gecəzur kəndi Ağbulaq kəndi adlandırılsın.

Kənd Şahbuz kənd inzibati ərazi dairəsi tərkibindəki Kənd Şahbuz kəndi Şahbuzkənd adlandırılsın, Kənd Şahbuz kənd inzibati ərazi dairəsi Şahbuzkənd inzibati ərazi dairəsi adlandırılsın.

Qarababa kənd inzibati ərazi dairəsi tərkibindəki Arınc kəndi Ayrınc kəndi adlandırılsın.

Mahmudoba kənd inzibati ərazi dairəsi tərkibindəki Nurs kəndi Nursu kəndi adlandırılsın.

Remeşin kənd inzibati ərazi dairəsinin mərkəzi Aşağı Remeşin kəndi Qızıl Qışlaq kəndi adlandırılsın, Remeşin kənd inzibati ərazi dairəsi Qızıl Qışlaq kənd inzibati ərazi dairəsi adlandırılsın.

Qızıl Qışlaq kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Remeşin kəndi Güney Qışlaq kəndi adlandırılsın.

Sələsüz kənd inzibati ərazi dairəsi tərkibindəki Əzizbəyov kəndi Daylaqlı kəndi, Maralıq kəndi Mərəlik kəndi, Tirkeş kəndi Türkeş kəndi, Yenikənd kəndi Kiçikoba kəndi adlandırılsın.

Şahbuz qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şahbuz kəndi rayonun ərazi vahidləri uçot məlumatından çıxarılsın.

Şərur rayonu üzrə

Axura kənd inzibati ərazi dairəsi tərkibindəki Avuş kəndi Havuş kəndi adlandırılsın.

Cəlilkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Cəlilkənd kəndi Cəlilkənd adlandırılsın, Cəlilkənd kənd inzibati ərazi dairəsi Cəlilkənd inzibati ərazi dairəsi adlandırılsın.

Cəlilkənd inzibati ərazi dairəsi tərkibindəki Mahmudkənd kəndi Mahmudkənd adlandırılsın.

Dərvişlər kənd inzibati ərazi dairəsi tərkibindəki Keştaz kəndi Çəmənli kəndi, Sovetabad kəndi Arpaçay kəndi adlandırılsın.

Xanlıqlar kənd inzibati ərazi dairəsi tərkibindəki Əlikli kəndi Ələkli kəndi, Yenikənd kəndi Danyeri kəndi adlandırılsın.

İbadulla kənd inzibati ərazi dairəsi tərkibindəki Ərəb Yengicə kəndi Ərəbyengicə kəndi, Qışlaq Abbas kəndi Qışlaqabbas kəndi adlandırılsın.

Qarxun kənd inzibati ərazi dairəsi tərkibindəki Sarxanlı kəndi Sərxanlı kəndi adlandırılsın.

Qıvraq kənd inzibati ərazi dairəsi tərkibindəki Qarabullu kəndi Qabıllı kəndi adlandırılsın.

Maxta kənd inzibati ərazi dairəsi tərkibindəki Ağəhməd kəndi Axaməd kəndi, Qarabürc kəndi Qaraburc kəndi adlandırılsın.

Püsyan kənd inzibati ərazi dairəsi tərkibindəki Təzəkənd kəndi Təzəkənd adlandırılsın.

Siyaqut kənd inzibati ərazi dairəsi tərkibindəki Dərəkənd kəndi Dərəkənd, Sovxoz kəndi Oğuzkənd adlandırılsın.

Şəhriyar kənd inzibati ərazi dairəsi tərkibindəki Kürd Çullu kəndi Kürçülü kəndi, Kürdkənd kəndi Kürkənd adlandırılsın.

Yaycı kənd inzibati ərazi dairəsi tərkibindəki Cağazur kəndi Şahbulaq kəndi adlandırılsın.

Yaycı kənd inzibati ərazi dairəsi tərkibindəki Gümüşlü qəsəbəsi kənd statusuna aid edilsin və Gümüşlü kəndi adlandırılsın.

Axura kənd inzibati ərazi dairəsi tərkibində faktik mövcud olan ərazi vahidi Yeni Havuş kəndi adlandırılsın və rayonun ərazi vahidləri uçot məlumatına daxil edilsin.

Cəlilkənd inzibati ərazi dairəsi tərkibində faktik mövcud olan ərazi vahidi Bəhruz Kəngərli kəndi adlandırılsın və rayonun ərazi vahidləri uçot məlumatına daxil edilsin.

Xanlıqlar kənd inzibati ərazi dairəsi tərkibində faktik mövcud olan ərazi vahidi Stansiya Daşarx kəndi adlandırılsın və rayonun ərazi vahidləri uçot məlumatına daxil edilsin.

Çomaxtur kəndi Yengicə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Çomaxtur kənd inzibati ərazi dairəsi yaradılsın.

Danyeri kəndi Xanlıqlar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Danyeri kənd inzibati ərazi dairəsi yaradılsın.

Dizə kəndi Oğlanqala kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Dizə kənd inzibati ərazi dairəsi yaradılsın.

Havuş və Yeni Havuş kəndləri Axura kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Havuş kənd inzibati ərazi dairəsi yaradılsın.

Siyaqut kənd inzibati ərazi dairəsi tərkibindəki Xətai kəndi Havuş kənd inzibati ərazi dairəsinin tərkibinə verilsin.

Şahtaxtı kəndi Qıvraq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Şahtaxtı kənd inzibati ərazi dairəsi yaradılsın.

Maxta kənd inzibati ərazi dairəsi tərkibindəki Təzəkənd kəndi rayonun ərazi vahidləri uçot məlumatından çıxarılsın.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 mart 2003-cü il

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin