Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi haqqındaAzərbaycan Respublikasının Milli Məclisi qərara alır:1. Azərbaycan Respublikasının Seçki Məcəlləsi təsdiq edilsin.2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 24-cü, 30.3-cü, 36.1-ci və 36.2-ci maddələri 2005-ci ildə yeni seçilmiş Azərbaycan Respublikasının Milli Məclisinin birinci iclası günü qüvvəyə minir.3. Bu Qanunun 2-ci maddəsində göstərilən müddətədək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının aşağıdakı təşkil qaydası müəyyən edilsin:3.1. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra-Mərkəzi Seçki Komissiyası) 15 üzvdən ibarətdir. Mərkəzi Seçki Komissiyasının üzvləri Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən seçilir. Bu qaydada təşkil olunmuş Mərkəzi Seçki Komissiyasının vəzifə və səlahiyyətləri, iş qaydası Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilir.3.2. Mərkəzi Seçki Komissiyasının 6 üzvü vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmiş deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanın, 3 üzvü vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmiş deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları, 3 üzvü birmandatlı seçki dairələri üzrə seçilmiş, çoxmandatlı seçki dairəsi üzrə seçkilər nəticəsində Milli Məclisdə təmsil olunmayan siyasi partiyaları təmsil edən və ya müstəqil qaydada seçilən və onların namizədliklərini təqdim edən deputatları (bundan sonra-birmandatlı seçki dairələri üzrə seçilən deputatlar), 3 üzvü isə vahid çoxmandatlı seçki dairəsi üzrə seçkilərdə iştirak edən və onların namizədliklərini təqdim edən, Milli Məclisdə təmsil olunmayan və vahid çoxmandatlı seçki dairəsi üzrə seçkilər zamanı ən çox səs qazanmış 4 siyasi partiyanı təmsil edirlər.3.3. Yuxarıda göstərilən hər bir qrup demokratiya və insan hüquqları sahəsində ixtisaslaşmış bir nəfər keçmiş hakim və ya ictimai təşkilatın nümayəndəsini Mərkəzi Seçki Komissiyasının üzvü seçilmək üçün təqdim edir. Yuxarıda göstərilən hər bir qrupun təqdim etdikləri Mərkəzi Seçki Komissiyasının üzvlüyünə namizədlərin azı yarısı hüquqşünas olmalıdır.3.4. Mərkəzi Seçki Komissiyasının sədri və onun müavini vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmiş deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı təmsil edirlər. Mərkəzi Seçki Komissiyasının 1 katibi vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmiş deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları və birmandatlı seçki dairələri üzrə seçilmiş deputatları, 1 katibi isə vahid çoxmandatlı seçki dairəsi üzrə seçkilərdə iştirak etmiş, Milli Məclisdə təmsil olunmayan və ən çox səs qazanmış 4 siyasi partiyanı təmsil edirlər.3.5. Mərkəzi Seçki Komissiyasının iclası onun azı 10 üzvü iştirak etdikdə səlahiyyətli hesab olunur.3.6. Mərkəzi Seçki Komissiyasının qərarları aşağıdakı qaydada qəbul olunur:Mərkəzi Seçki Komissiyasının iclasında 10 üzv iştirak etdikdə-azı 7 nəfərin səs çoxluğu ilə;Mərkəzi Seçki Komissiyasının iclasında 11 və ya 12 üzvü iştirak etdikdə-azı 8 nəfərin səs çoxluğu ilə;Mərkəzi Seçki Komissiyasının iclasında 13 üzvü iştirak etdikdə-azı 9 nəfərin səs çoxluğu ilə;Mərkəzi Seçki Komissiyasının iclasında 14 və ya 15 üzvü iştirak etdikdə-azı 10 nəfərin səs çoxluğu ilə.4. Bu Qanunun 2-ci maddəsində göstərilən müddətədək dairə seçki komissiyalarının aşağıdakı formalaşdırılması qaydası müəyyən edilsin:4.1. dairə seçki komissiyasının 3 üzvünün namizədliyi vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmiş deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmiş deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaların Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi isə Milli Məclisdə təmsil olunmayan və vahid çoxmandatlı seçki dairəsi üzrə seçkilər zamanı ən çox səs qazanmış 4 siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən təqdim edilir.4.3. dairə seçki komissiyasının iclası onun azı 6 üzvü iştirak etdikdə səlahiyyətli hesab edilir.4.4. dairə seçki komissiyasının qərarları aşağıdakı qaydada qəbul olunur: dairə seçki komissiyasının iclasında 6 üzvü iştirak etdikdə-azı 4 nəfərin səs çoxluğu ilə;dairə seçki komissiyasının iclasında 7 və ya 8 üzvü iştirak etdikdə-azı 5 nəfərin səs çoxluğu ilə;dairə seçki komissiyasının iclasında 9 üzvü iştirak etdikdə-azı 6 nəfərin səs çoxluğu ilə.5. Bu Qanunun 2-ci maddəsində göstərilən müddətədək məntəqə seçki komissiyasının aşağıdakı formalaşdırılması qaydası müəyyən edilsin:5.1. məntəqə seçki komissiyası 6 üzvdən ibarətdir və dairə seçki komissiyası tərəfindən formalaşdırılır.5.2. məntəqə seçki komissiyasının 3 üzvünün namizədliyi vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmiş deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanın dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 1 üzvünün namizədliyi vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmiş deputatları dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, digər 1 üzvünün namizədliyi isə Milli Məclisdə təmsil olmayan və vahid çoxmandatlı seçki dairəsi üzrə seçkilər zamanı ən çox səs qazanmış 4 siyasi partiyanı dairə seçki komissiyasında təmsil edən üzvlər tərəfindən təqdim edilir.5.3. məntəqə seçki komissiyasının iclası onun azı 4 üzvü iştirak etdikdə səlahiyyətli hesab edilir.5.4. məntəqə seçki komissiyasının qərarları aşağıdakı qaydada qəbul olunur:məntəqə seçki komissiyasının iclasında 4 və ya 5 üzvü iştirak etdikdə-azı 3 nəfərin səs çoxluğu ilə;məntəqə seçki komissiyasının iclasında 6 üzvü iştirak etdikdə-azı 4 nəfərin səs çoxluğu ilə.6. Dairə və məntəqə seçki komissiyaları müvafiq olaraq Azərbaycan Respublikası Seçki Məcəlləsinin 30.1-ci və 36.4-cü maddələrində göstərilən müəddətlərdə tam tərkibdə formalaşmadıqda, həmin komissiyaların iclasları təyin olunan üzvlərin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır və qərarlar təyin olunan üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir.7. Seçki komissiyasının iclasında iştirak edən üzvlərin sayı Azərbaycan Respublikası Məcəlləsinin 19.9-cu maddəsində göstərilənlərdən azdırsa, iclas təxirə salınır və zəruri olan məsələnin müzakirəsi üçün növbəti iclas (seçkilər gününə 6 gün qalmışdan az müddətdə zamanı və səsvermə günü ən azı 3 saat müddətində) çağırılır. Növbəti iclas zamanı iclasda iştirak edən üzvlərin sayı yenə də 2/3-dən az olarsa, bu zaman (seçkilər gününə 6 gün qalmışdan az müddət zamanı və səsvermə günü ən azı 3 saat müddətində) üçüncü iclas çağırılır. Üçüncü iclasda yenə də üzvlərin ən azı 2/3-si iştirak etməzsə, bu zaman Seçki Komissiyasının iclasının səlahiyyətli olması üçün iştirak edən üzvlərin sayı 2/3-dən yarıyadək endirilir.8. Seçki komissiyasında Azərbaycan Respublikasının Seçki Məcəlləsində qəbul edilməsi üçün son müddət nəzərdə tutulmuş qərarların müzakirəsi zamanı onların səsvermə yolu ilə bu Qanunun 3.6-cı, 4.4-cü və 5.3-cü bəndlərində göstərilən qaydada 3 dəfə qəbul edilməsi mümkün olmazsa və yaranan fikir ayrılığı aradan qaldırıla bilməzsə, bu zaman qərarın qəbul edilməsi üçün lazım olan səs çoxluğu adi səs çoxluğu ilə əvəz edilir.9. Yaşayış məntəqələrində bələdiyyələr təşkil olunmayıbsa, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 29.7.4-cü maddəsində göstərilən səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.10. "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında" Azərbaycan Respublikasının Qanunu, (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, N7, maddə 492), "Azərbaycan Respublikası Prezidentinin seçkiləri haqqında" Azərbaycan Respublikasının Qanunu, (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, N6, maddə 376), "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu, (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, N7, maddə 406), "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası haqqında" Azərbaycan Respublikasının Qanunu, (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, N5, maddə 308), "Referendum haqqında" Azərbaycan Respublikasının Qanunu, (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, N3, maddə 140) qüvvədən düşmüş hesab edilsinlər.

Heydər ƏLİYEV,

Azərbaycan Respublikası Prezidenti.

Bakı şəhəri, 27 may 2003-cü il.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin