Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA KƏNGƏRLİ RAYONUNUN YARADILMASI HAQQINDA

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Naxçıvan Muxtar Respublikasının Babək və Şərur rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək yeni Kəngərli rayonu yaradılsın.

II. Kəngərli rayonunun inzibati ərazi bölgüsünə:

Babək rayonundan Böyükdüz, Çalxanqala, və Xincab kənd inzibati ərazi dairələrini əhatə edən ərazi vahidlərinin əraziləri;

Şərur rayonundan Xok, Qarabağlar, Qıvraq, Şahtaxtı, Yeni Kərki və Yurdçu kənd inzibati ərazi dairələrini əhatə edən ərazi vahidlərinin əraziləri daxil edilsin.

III. Qıvraq kənd inzibati ərazi dairəsi tərkibindəki Qıvraq kəndinə qəsəbə statusu verilsin, Qıvraq kənd inzibati ərazi dairəsi Qıvraq qəsəbə inzibati ərazi dairəsi adlandırılsın.

IV. Kəngərli rayonunun mərkəzi Qıvraq qəsəbəsi hesab edilsin.

V. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 19 mart 2004-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin