Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
"QARA DƏNIZ İQTISADI ƏMƏKDAŞLIQ TƏŞKILATININ IŞTIRAKÇISI OLAN DÖVLƏTLƏRIN HÖKUMƏTLƏRI ARASINDA CINAYƏTKARLIQLA, XÜSUSILƏ ONUN MÜTƏŞƏKKIL FORMALARI ILƏ MÜBARIZƏDƏ ƏMƏKDAŞLIQ HAQQINDA"SAZIŞƏ DAIR ƏLAVƏ PROTOKOLA QOŞULMAQ BARƏSINDƏ
AZƏRBAYCAN RESPUBLIKASININ MILLI MƏCLISI QƏRARA ALIR

"Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iştirakçısı olan dövlətlərin Hökumətləri arasında cinayətkarlıqla, xüsusilə onun mütəşəkkil formaları ilə mübarizədə əməkdaşlıq haqqında"

Sazişə dair Əlavə Protokola qoşulmaq barəsində

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası "Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iştirakçısı olan dövlətlərin Hökumətləri arasında cinayətkarlıqla, xüsusilə onun mütəşəkkil formaları ilə mübarizədə əməkdaşlıq haqqında" 1998-ci il 2 oktyabr tarixli Sazişə dair 2002-ci il martın 15-də Kiyev şəhərində imzalanmış Əlavə Protokola qeyd-şərtlə (qeyd-şərtin mətni əlavə olunur) qoşulsun.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 dekabr 2003-cü il

№ 523-IIQ

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin