Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
"TERRORIZMIN QARŞISININ ALINMASI HAQQINDA"AVROPA KONVENSIYASININ TƏSDIQ EDILMƏSI BARƏDƏAZƏRBAYCAN RESPUBLIKASININ MILLI MƏCLISI Q Ə R A R A A L I R :

"Terrorizmin qarşısının alınması haqqında"

Avropa Konvensiyasının təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :

I. "Terrorizmin qarşısının alınması haqqında" 1977-ci il yanvarın 27-də imzalanmış Avropa Konvensiyası Azərbaycan Respublikasının ona dair bəyanat və qeyd-şərti ilə birlikdə (bəyanat və qeyd-şərtin mətni əlavə olunur) təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 dekabr 2003-cü il

№ 530-IIQ

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin