Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U
"AZƏRBAYCAN RESPUBLIKASI ILƏ NATO MADDI-TEXNIKI TƏCHIZAT VƏ YARDIM TƏŞKILATI (NMTTYT) ARASINDA MADDI-TEXNIKI TƏCHIZATA DƏSTƏYƏ DAIR ƏMƏKDAŞLIQ ÜZRƏ ANLAŞMA MEMORANDUMU"NUNTƏSDIQ EDILMƏSI BARƏDƏ
AZƏRBAYCAN RESPUBLIKASININ MILLI MƏCLISI QƏRARA ALIR

"Azərbaycan Respublikası ilə NATO Maddi-Texniki Təchizat və Yardım Təşkilatı (NMTTYT) arasında maddi-texniki təchizata dəstəyə dair əməkdaşlıq üzrə Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. 2003-cü il aprelin 2-də Brüssel şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə NATO Maddi-Texniki Təchizat və Yardım Təşkilatı (NMTTYT) arasında maddi-texniki təchizata dəstəyə dair əməkdaşlıq üzrə Anlaşma Memorandumu" təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 dekabr 2003-cü il

№ 528-IIQ

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin