RƏSMİ SƏNƏDLƏR
AZƏRBAYCAN RESPUBLİKASININ SƏUDİYYƏ ƏRƏBİSTANI KRALLIĞINDAKI FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ E.H.ARASLININ İQAMƏTGAHI ƏR-RİYAD ŞƏHƏRİNDƏ OLMAQLA, EYNİ ZAMANDA AZƏRBAYCAN RESPUBLİKASININ BƏHREYN DÖVLƏTİNDƏ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ TƏYİN EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndinə müvafiq olaraq qərara alıram:
Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri Elman Həmid oğlu Araslı iqamətgahı Ər-Riyad şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Bəhreyn Dövlətində Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilsin.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 sentyabr 2002-ci il