Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ ŞİRVAN VƏ AĞ-GÖL MİLLİ PARKLARININ YARADILMASI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə olunması, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin qorunub saxlanılması, respublikanın xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin inkişaf etdirilməsi məqsədi ilə və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 21-ci maddələrini rəhbər tutaraq qərara alıram:

1.Azərbaycan Respublikasının Bakı şəhəri Qaradağ rayonu, Salyan və Neftçala rayonları inzibati ərazilərinin əlavə olunan xəritədə göstərilmiş 54373,5 hektarlıq sahəsində Azərbaycan Respublikasının Şirvan Milli Parkı yaradılsın.

2.Azərbaycan Respublikasının Ağcabədi və Beyləqan rayonları inzibati ərazilərinin əlavə olunan xəritədə göstərilmiş 17924 hektarlıq sahəsində Azərbaycan Respublikasının Ağ-göl Milli Parkı yaradılsın.

3.Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

4.Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 iyul 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin