Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ VERGİ ORQANLARI İŞÇİLƏRİNİN VƏZİFƏ MAAŞLARININ ARTIRILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikasının vergi orqanları işçilərinin sosial müdafiəsini gücləndirmək və onların fəaliyyətinin səmərəsini artırmaq məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mərkəzi aparat işçilərinin vəzifə maaşları orta hesabla 2 dəfə, digər vergi orqanları işçilərinin vəzifə maaşları isə orta hesabla 3 dəfə artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncam 2003-cü il yanvarın 1-dən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 yanvar 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin