Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİNİN KOLLEGİYASININ 2003-CÜ İL 13 YANVAR TARİXLİ QƏRARININ LƏĞV EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 2003-cü il 13 yanvar tarixli qərarı ilə 1995-ci ildə qeydiyyatdan keçmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının qeydiyyat sənədlərində dəyişikliklər edilmişdir. Həmin dəyişikliklərin edilməsi zərurəti öyrənilərkən buna dair sənədlər tam və hərtərəfli araşdırılmamış və nəticədə Azərbaycan Respublikasının “Siyasi partiyalar haqqında” Qanununun müddəalarına riayət olunmamışdır. 

Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 8-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.Azərbaycan Xalq Cəbhəsi Partiyasının qeydiyyat sənədlərində dəyişikliklərin edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 2003-cü il 13 yanvar tarixli qərarı ləğv edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 yanvar 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin