Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASI BAŞ PROKURORLUĞU STRUKTURUNUN TƏSDİQ EDİLMƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2001-Cİ İL 19 İYUN TARİXLİ 745 NÖMRƏLİ SƏRƏNCAMINA ƏLAVƏ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 745 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturu”na (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 6, maddə 428; 2004-cü il, № 1, maddə 19, № 12, maddə 1061; 2006-cı il, № 9, maddə 809; 2008-ci il, №3, maddə 200) aşağıdakı məzmunda 15-ci bənd əlavə edilsin:

“15. Elm-Tədris Mərkəzi.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti öz səlahiyyətləri daxilində bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin