Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN XARİCİ DÖVLƏTLƏRDƏ VƏ BEYNƏLXALQ TƏŞKİLATLARDA NÜMAYƏNDƏLƏRİNİN TƏYİN EDİLMƏSİ VƏ ONLARIN FƏALİYYƏTİNİN TƏMİN OLUNMASI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2006-CI İL 12 İYUN TARİXLİ 419 NÖMRƏLİ FƏRMANINA ƏLAVƏ VƏ DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

1. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 iyun tarixli 419 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 496) aşağıdakı əlavə və dəyişiklik edilsin:

1.1. 1-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndələrinin təyin edilməsi həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırılır.”;

1.2. 2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələri öz funksiyalarını Azərbaycan Respublikasının xarici dövlətlərdəki və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəliklərinin tərkibində həyata keçirirlər.”

2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 sentyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin