Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

«AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT MİQRASİYA XİDMƏTİNİN YARADILMASI HAQQINDA» AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2007-Cİ İL 19 MART TARİXLİ 560 NÖMRƏLİ FƏRMANINA VƏ «MİQRASİYA ORQANLARINDA QULLUQ KEÇMƏ HAQQINDA ƏSASNAMƏ»NİN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ» AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ HAQQINDA» AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2009-CU İL 25 DEKABR TARİXLİ 206 NÖMRƏLİ FƏRMANINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

«Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə»yə əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 1007-IIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 239; 2008-ci il, № 1, maddə 4, № 3, maddə 168, № 8, maddə 722, № 11, maddə 970; 2009-cu il, № 1, maddə 11, № 4, maddə 221, № 7, maddə 532, № 12, maddə 983; 2010-cu il, № 2, maddə 83, № 3, maddə 193) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə»yə aşağıdakı dəyişiklik və əlavə edilsin:

1.1. 9.31-1-ci bənddə «9.31-1. xidməti-tətbiqi» sözləri «9.31-2. xidməti-tətbiqi» sözləri ilə əvəz edilsin;

1.2. aşağıdakı məzmunda 9.32-1-ci bənd əlavə edilsin:

«9.32-1. müəyyən edilmiş qaydada miqrasiya orqanlarının xüsusi vasitələrlə təmin olunması üçün tədbirlər görmək;».

2. «Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 206 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 994) aşağıdakı əlavə və dəyişiklik edilsin:

2.1. 2.1-ci bənddə «62-ci maddəsinin ikinci cümləsində,» sözlərindən sonra «77-1-ci maddəsinin ikinci cümləsində,» sözləri əlavə edilsin;

2.2. 2.2-ci bənddə «77-ci maddəsində» sözləri «29-1-ci maddəsinin ikinci cümləsində, 77-ci maddəsində və 77-2-ci maddəsinin ikinci cümləsində» sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 iyul 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin