Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDUNUN 2006-Cİ İL BÜDCƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Maddə 1. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il büdcəsinin gəlirləri 568.241.500,0 manat, xərcləri 568.241.500,0 manat məbləğində təsdiq edilir.

Maddə 2. Müəyyən edilsin ki, 2006-cı ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

(manat)

Gəlirlərin mənbələri

Məbləğ

1. Məcburi dövlət sosial sığorta haqları

400.741.500,0

o cümlədən:

1.1. büdcədən maliyyələşən təşkilatlar üzrə

124.724.500,0

1.2. büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə

17.017.000,0

1.3. dövlət büdcəsindən ayrılan dotasiya hesabına və

büdcə vəsaitləri üzrə daxilolmalar

11.000.000,0

1.4. digər sığorta edənlər üzrə

248.000.000,0

2. Sair gəlirlər

500.000,0

o cümlədən:

2.1. Sanatoriya-kurort yollayışlarının qismən dəyəri üzrə qismən daxilolmalar

500.000,0

3. Dövlət büdcəsindən ayırmalar (transfet)

167.000.000,0

Maddə 3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:

(manat)

Xərclərin istiqamətləri

Məbləğ

1. Əhaliyə ödənişlər, cəmi

534.520.000,0

o cümlədən:

1.1. əmək pensiyalarının ödənilməsinə, cəmi

512.000.000,0

o cümlədən:

əmək pensiyalarının baza hissəsinə

422.000.000,0

əmək pensiyalarının sığorta hissəsinə

90.000.000,0

1.2. məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərə, cəmi

22.520.000,0

Ondan:

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə

8.000.000,0

hamiləliyə və doğuşa görə

4.900.000,0

uşağın anadan olmasına görə

3.600.000,0

3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar

940.000,0

dəfn üçün

5.080.000,0

2. Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri

6.800.000,0

3. Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər, cəmi

6.000.000,0

o cümlədən:

3.1. sanatoriya-kurort müalicəsi və istirahət üçün yollayışların (putyovkaların) alınmasına

4.870.000,0

3.2. sığortaolunanların uşaqlarının sağlamlıq düşərgələrində istirahətinin təşkilinə

70.000,0

3.3. sanatoriya-prafilaktoriyalara yemək xərcləri, tibb xidməti və ştatların saxlanılmasına

60.000,0

3.4. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının idman cəmiyyətlərinə məxsus idman qurğularının qismən saxlanılmasına (işçilərin əməkhaqqının ödənilməsi)

700.000,0

3.5. Həmkarlar İttifaqlarının texniki və əməyin hüquqi müfəttişliyinin, etimadlı həkimlərin, sağlamlaşdırma işi ilə məşğul olan təlimatçıların saxlanılmasına

300.000,0

4. Məşğulluq tədbirlərinin həyata keçirilməsi, məşğulluq orqanlarının saxlanılması xərcləri, cəmi

4.052.000,0

O cümlədən:

4.1. işsizlik müavinətinin ödənilməsinə

2.050.000,0

4.2. peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kurslarının təşkilinə

180.000,0

4.3. haqqı ödənilən ictimai işlərin təşkilinə

80.000,0

4.4. işsizlər üçün yeni məsləhət xidmətlərinin, əmək birjalarının yaradılması işlərinin həyata keçirilməsi, əmək yarmarkalarının keçirilməsinə

140.000,0

4.5. məşğulluq orqanlarının saxlanılmasına

1.602.000,0

5. Miqrasiya idarəsinin saxlanılmasına

60.000,0

6. Əlillərin sosial müdafiəsi tədbirlərinin həyata keçirilməsi və əlillərin sosial müdafiəsi orqanlarının saxlanılması xərcləri, cəmi

8.080.000,0

o cümlədən:

6.1. əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpasına

1.100.000,0

6.2. əlillik problemi ilə bağlı informasiya təminatının, əlillərin yaradıcılıq və asudə vaxtlarının, idman və bədən tərbiyəsi üzrə tədbirlərin təşkilinə

1.000.000,0

6.3. əlillərə maddi və texniki yardımın təşkilinə

280.000,0

6.4. əlillər üçün mənzil tikintisinə

5.100.000,0

6.5. əlillərin sosial müdafiəsi orqanlarının saxlanılmasına

600.000,0

7. Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri

7.495.500,0

8. Fondun Naxçıvan Muxtar Respublikasında inzibati binaların inşası xərcləri

300.000,0

9. Beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərcləri, cəmi

34.000,0

o cümlədən:

9.1. Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri

12.000,0

9.2. MDB dövlətlərinin Sosial Təminat Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri

22.000,0

10. Sığortaolunanların fərdi uçot sisteminin tətbiqi ilə bağlı xərclərə

900.000,0

Maddə 4. Sığortaedənlərin keçmiş Dövlət Məşğulluq və Əlilləri Sosial Müdafiə fondlarına ayırmalar üzrə qalan borcları Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına köçürülür.

Maddə 5. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının və yerli orqanlarının hesablarında ilin sonuna qalan vəsait və bu qanunla təsdiq olunmuş xərc (pensiya, müavinət və s.) məbləğlərinin icra olunmamış hissəsi növbəti ilin müvafiq gəlir və xərclərinə aid edilir.

Maddə 6. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il büdcəsinin icrası zamanı məcburi dövlət sosial sığorta haqqı hesabına ödənilən pensiya və müavinətlər, habelə xərc maddələri üzrə qənaət yarandığı halda digər maddələrə yönəldilə bilər.

Maddə 7. Bu qanun 2006-cı ilin yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 21 oktyabr 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin